8 C
Baku
Thursday, December 12, 2024

FED gələn ay faiz artımına gedəcək

Federal Ehtiyatlar Sistemi (FED) sentyabr ayında faiz dərəcələrini artıra bilər.

Qurumun açıqladığı protokollar faiz artımını dəstəkləyən inflyasiya, işsizlik və sair göstəricilərin artıma uyğun olduğunu göstərir.

Bununla belə, FES yetkililəri hazırda dünyada davam edən ticarət müharibəsindən narahatdırlar. Belə ki, onlar ticarət müharibəsinin güclü iqtisadiyyat üçün təhdid yaratdığını söyləyirlər.

Qeyd edilir ki, beynəlxalq ticarətdə gərginlik artdığı halda, faiz artımları tədricən dayandırıla bilər.

Bildirək ki, bazar gözləntilərinə görə, FES sentyabr və dekabrda faiz artımına gedəcək.

Rəylərə əsasən, 2.5 – 2.75 səviyyəsində olan faiz dərəcələri 3-4 faizə qədər artırılacaq.

– Oxu.az

Son xəbərlər
Digər xəbərlər