10 C
Baku
Thursday, December 12, 2024

Federasiya Şurası Ukraynanın 4 regionunun Rusiyaya birləşdirilməsini ratifikasiya edib

Rusiya Federasiya Şurasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim olunan qanun layihəsinə baxılıb.

Federasiya Şurasının bu gün keçirilən iclasında Rusiya xarici işlər naziri, Rusiya Prezidentinin məlum qanun layihəsi ilə bağlı parlamentə təyin etdiyi səlahiyyətli nümayəndəsi Sergey Lavrov çıxış edib.

Qanun layihəsi səsə qoyulub. İclasda iştirak edən senatorların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin RF-yə birləşdirilməsini nəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək müqavilələri ratifikasiya edib.

Qeyd edək ki, sentyabrın 30-da Ukraynanın dörd separatçı regionu Kremldə Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər