8 C
Baku
Thursday, December 12, 2024
Home Xəbərlər Xarici xəbərlər “Fitch” Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır

“Fitch” Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır

0
“Fitch” Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırır

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyada xidmət göstərdiyi bütün şirkətlərin reytinqini geri çağırır. “TASS” agenliyinə istinadən xəbərə görə, buna səbəb Rusiyada kredit reytinqləri üzrə yeni normativ-hüquqi bazanın tətbiqi və “Fitch”in reytinqlərinin yeni milli qiymətləndirmə sistemindəki dəyişikliklərə cavab verməməsi ilə bağlıdır.

Beləliklə, “Fitch”, 2017-ci ilin mart ayının sonuna qədər milli qiymətləndirmə sistemi üzrə 150 Rusiya şirkətinin reytinqini geri çağıracağını bildirib. Qeyd edək ki, Agentlik Rusiyanın müstəqil kredit reytinqi üzrə proqnozunu oktyabrda “neqativ”dən “stabil”ə yüksəldib, kredit reytinqini isə “BBB-” investisiya qoyula biləcək səviyyədə təsdiqləyib.