Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib  

BOKT “İnternational” ASC-nin dövlət qarşısında vergi borcu 2025-ci ilin mayından bu tərəfə bir qədər də şişib.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Belə ki, BOKT “İnternational” ASC-nin vergi borcu 517 318 manatdır. Bu vergi borcu 15 sentyabr 2025-ci il tarixinə (saat: 14:05) olan məlumatdır.

Mayın 28-dəki son yeniləmədə bu rəqəm 477 055 manata yaxın idi.

Bu arada, BOKT “International” ASC BFB-də ümumi məbləği 10 milyon manat olan faizli borc cəlb edir. İstiqrazlar 3 il müddətinə 18 faiz gəlirliliklə təklif edilir.

BOKT ümumi istiqraz bazarında aktiv iştirakçıdır. 1 iyul 2025-ci il tarixinə “International” BOKT-nin 11 milyon 649 min manatlıq öhdəlikləri var. Keçən ayın sonu isə eyni şərtlərlə 50 investordan 1 mln. manat borc cəlb edib.

Cəmi öhdəlikləri  1 iyul 2025-ci il tarixinə  33 milyon 970 min manata çataraq illik 23 milyon 457 min manat və ya 45% artıb.

Güclü borc cəlbləri ilə paralel onu aktiv biznesə yönəldə bilib. Kredit portfeli 42 milyon 557 min manat olub, bu illik 32 milyon 23 min manat və ya 33% artımdır. Cəmi aktivlər illik 42% artaraq 50 milyon 796 min manata çatıb.

Pul vəsaiti illik 9% artımla 1 milyon 451 min manat olub ki, likvidlik göstəricisi nisbətən sabitdir.

“International” BOKT-nin xalis mənfəəti  cari ilin ilk yarısında 3 milyon 576 min manat olub, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən +9% artım göstərib.

Xatırladaq ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 000 000 manatdır. BOKT-nin səhmlərinin 100%-i bir şəxsin – Həsənov Rifat Vaqif oğlunun əlində cəmləşib. O həmçinin Müşahidə Şurasının sədri olmaqla Şuranın işini təşkil etmək, iclaslarını çağırmaq və iclaslarda sədrlik etmək; Şuranın rüblük planlarını, iclas protokollarını və qəbul olunmuş qərarlarını imzalamaq və s. kimi vəzifələrə sahibdir. İdarə Heyətinin sədri Nicat Həsənov Vaqif oğludur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər