18 C
Baku
Thursday, April 25, 2024

Fond birjasından 32 milyon dollarlıq kriptovalyuta oğurlanıb

Yaponiyada onlayn rejimdə fəaliyyət göstərən fond birjası – “Bitpoint Japan”ın hesabından 3,5 milyard yen (təxminən 32 milyon ABŞ dolları) dəyərində kriptovalyuta oğurlanıb. 

“Report”Agentliyinin Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə birjanın açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bu gecə birjanın virtual valyuta ticarəti sistemində, pul transferi zamanı xəta baş verib və hesabdan qeyri-qanuni kriptovalyuta çıxarılıb. Oğurlanmış rəqəmsal pulların 23 milyon dollarlıq hissəsi müştərilərə məxsus olub. 

“Bitpoint Japan” baş vermiş hadisə ilə bağlı müştərilərdən üzr istəyib və qısa müddətdə işlərin yoluna qoyulacağını vəd edib. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər