Azərbaycan Mərkəzi Bankında cari ilin iyun ayında 9 valyuta hərracı gerçəkləşdi.
Banker.az-ın xəbərinə görə, bu valyuta hərraclarında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 463.6 milyon ABŞ dolları ekvivalentində xarici valyuta satıldı.
İyun ayında son illərin ən aşağı “dollar tələbinə” rəğmən, ayın sonuna bəlli oldu ki, aylıq göstəricilərinə görə 2021-ci ilin 3-cü ən böyük tələbli valyuta hərracıdır. İyunun 5-ci hərracında banklara 30.3 milyon dollar valyuta satılmışdı. Bu isə AMB-nin pandemiya böhranı illərində açıqladığı ən zəif göstərici idi. Sonradan isə dollar tələbi yavaş-yavaş artımla irəlilədi.
İyunda satılan dolların həcmi öncəki ayı 48% üstələmişdir.
Beləliklə, ARDNF manatın “lövbər məzənnədə” dayanmasına görə, 2021-ci ilin ilk yarısında 2 milyard 769.12 milyon dollarından keçməli olub. 2020-nin eyni dövründə bu rəqəm 4 milyard 010.21 milyon manat idi. Yəni bu il 1 milyard 241.09 milyon dollar (31%) daha az valyuta satılıb.