Françayzinq –françayzer və françayzi arasında təsis edilən şəffaf münasibətlər sistemidir, bu razılaşma nəticəsində qarşılıqlı maraqların təmin edilməsi məqsədi ilə françayzerin bilikləri, imici, uğuru, istehsal metodları və marketinqi françayziyə ötürülür.
Hamının başa düşə biləcəyi şəkildə desək françayzinq – bir kompaniya tərəfindən (françayzer) digər bir kompaniyaya (françayziyə) biznesin idarə edilməsi ilə bağlı patentləşdirilmiş ideyanın, biliklərin, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının, həmçinin lazımı xüsusi avadanlıqların verilməsidir, bunun müqabilində alıcı kompaniya (yəni françayzi) mütəmadi olaraq ödənişlər həyata keçirir.
Françayzinqdə biznesin təşkili üsulu kimi lisenziar (yəni françayzer) lizensiyaçıya (yəni françayzi) öz firma malları və xidmətlərini satmağa izini asanlıqla vermir. Françayzer həmçinin təcrübədən keçmiş işin aparılma üsusulu təqdim etməli, françayzi biznesinin təşkilində texniki və konsultativ yardım göstərməli, eləcə də gələcəkdə onu dəstəkləməlidir. Françayzi françayzerə mütləq şəkildə ilkin ödəniş etməlidir, gələcəkdə mütəmadi ödəmələri yerinə yetirməli və marketinq/reklam üçün rüsum verməlidir. İki tərəfin qarşılıqlı işbirliyinə və öz qüvvələrini uğurlu biznes naminə birləşdirmələrinə baxmayaraq, françayzer və françayzi hüquqi şəkildə müstəqildirlər.
Françayzinqin başlıca üstünlükləri –bankrot risklərinin azlığıdır. Həqiqətən də franşiza almaqla pul qazanmaq üçün işlənib-hazırlanmış bir mexanizm alırsınız, bu mexanizm artıq sınaqdan çıxarılmış və ortaya çıxa biləcək bütün problemlər müəyyən edilmişdir. Həmçinin françayzinq müqaviləsi sizə hansısa mənada rəqabət qurtarmağa icazə verir və sizin kredit vasitələrinə çıxış yolunuzu asanlaşdırır, çünki bu vəsaiti götürmək üçün sizdə françayzerin zəmanət məktubu ola bilər.
Françayzerin xeyri isə odur ki, o, öz xidmət və məhsullarının təqdim olunduğu şəbəkənin coğrafiyasını genişləndirir, bundan əlavə o, öz biznesi üçün həmin bölgənin regional xüsusiyyətləri haqqında informasiya əldə edir, eləcə də françayzinin etdiyi mütəmadi ödənişlər, həmçinin də brendin daha geniş ərazidə tanınması.
Bu gün, praktiki olaraq start üçün lazımı kapitalı hər bir biznesmen özü üçün sürətli qidalanma restoranı – McDonalds aça bilər, bu şirkət françayzinq üzrə liderlərdən biridir.