7 C
Baku
Thursday, December 12, 2024

Fransız startapı süni ürək yaradıb – Satışların yazda başlayacağı bildirilir

Fransanın “Carmat” startapı dünyanın “ən inkişaf etmiş” süni ürəyini inkişaf etdirib.

Banker.az bu barədə xarici KİV=ə istinadən xəbər verir.

Şirkət bu cihazın ürək çatışmazlığı olan insanlara kömək edəcəyinə söz verib. Satışların 2021-ci ilin ikinci rübündə başlayacağı bildirilir.

Fransa istehsalı olan süni ürək həqiqi ürəyin funksiyalarını imitasiya edir və protezdən, batareyalardan və onu idarə edən pultdan ibarətdir. Protezin özündə qan axınını asanlaşdıran dörd bioloji klapan, iki mədəcik, iki mikronasos və yeridilmiş datçiklər vardır.

Şirkət bu cihazın uzunmüddətli dəstək verə və ürək nəqli əməliyyatından öncə istifadə edilə biləcəyini hesab edir. “Carmat”ın baş direktoru Stefan Pia ABropanın beş ölkəsində (Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya) ən azı 2 min xəstənin ürək transplantasiyası üçün gözləmə növbəsində olduğunu söyləyib. Şirkət ürək çatışmazlığı olduğu təqdirdə, sağ qalma ehtimalının bir il ərzində 50%-dən az olduğunu qeyd edir. Bütün dünyada 26 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir və ildə yalnız 5 500 xəstəyə ürək transplantasiyası əməliyyatı keçirilir.

Yeni texnologiya ilk növbədə Almaniya və Fransa sakinləri üçün əlçatan olacaq. Cihaz “Aeson” ticarət markası altında satılacaq. Ürək çatışmazlığı xəstələrinin 55%-i bu ölkələrdə yaşayır.

Ürək çatışmazlığı sindromunun yayılması koronavirusun yeni növünün aşkar edilməsindən sonra daha da şiddətlənib. Məsələn, İtaliyada Covid-19 nəticəsində ölənlərin üçdə biri müxtəlif ürək xəstəliklərindən əziyyət çəkib.

2020-ci ilin martında “Carmat” süni ürək almış və iki il müddətində nəzarət altında olmuş xəstənin nəticələrini açıqlayıb və bu təcrübənin uğurlu olduğunu bildirib. Fransa 2021-ci ilin ikinci rübündə klinik sınaqların aparılması üçün startapa 15.7 milyon dollar vəsait ayırıb.

“Bloomberg” qeyd edir ki, “Carmat” səhmləri cihazın satışa çıxarılmasından sonra təxminən 66% artıb, kapitallaşması isə 496 milyon dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər