20 C
Baku
Wednesday, April 24, 2024

FT: Rusiya neft-qazından imtina Aİ-yə €195 milyarda başa gələcək

“Financial Times” analitiklərinin hesablamalarına görə, Avropa İttifaqı (Aİ) Rusiya neft və qaz tədarükündən tamamilə imtina etmək və alternativ enerji mənbələrinə keçmək üçün qarşıdakı beş il ərzində əlavə 195 milyard avro xərcləməli olacaq. Bu proses həm də Aİ-də enerji istehlakının tədricən azaldılmasını nəzərdə tutur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avropa Komissiyasının sənədinə əsasən, ekoloji cəhətdən təmiz enerjinin 45% qədərini əhatə etməsi üçün bərpa olunan enerji mənbələrinə intensiv keçid prosedurlarının həyata keçirilməsinə maliyyə sərf edəcək. Bildirilir ki, təşkilat bu məqsədə 2030-cu ildə çatacaq.

Bu məqsədə nail olmaq üçün Avropa Komissiyası nümayəndələri enerji istehlakının azaldılması rəqəmlərinə yenidən baxıblar ki, bu da cari hesabatda əvvəllər nəzərdə tutulan 9% əvəzinə 13% təşkil edib. “Financial Times”a görə, AK həmçinin yaşıl hidrogen, biometan və günəş panellərinin aktiv istifadəsinə başlamağı gözləyir.

Aİ ölkələrinin Rusiyanın enerji mənbələrindən imtinası ilə bağlı müzakirələr Rusiyanın Ukrayna ərazisində müharibəyə başlaması və sonradan Rusiya tərəfinin qazın rublla ödənilməsi tələbləri fonunda genişlənib. Aİ-nin Rusiyaya qarşı təqdim etdiyi altıncı sanksiyalar paketinin əsas müddəası Avropa ölkələrinin Rusiya neftini almaqdan tədricən imtina etməsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər