14 C
Baku
Thursday, March 28, 2024

Funt sterlinqin yaranma tarixi

Funt sterlinq Böyük Britaniyanın pul vahididir, 1 funt sterlinq=100 pens; bank kodu – GBP (Great Britain Pound); eləcə də köhnəlmiş UKL (United Kingdom Libra) abreviaturasından da istifadə olunur. Dövriyyəyə nominal dəyəri 5, 10, 20, 50 olan banknotlar və 1, 2 ,5, 10, 20, 50, ½ olan sikkələr buraxılmışdı. 1/2, 25 pens və nominal dəyəri 5 olan banknotlara çox nadir hallarda rast gəlinir.

Böyük Britaniyanın tərkibində ayrı-ayrı ərazilərin bankları (Şotlandiyanın üç və Şimali İrlandiyanın dörd bankı) öz dizaynları ilə banknotlar buraxırlar, lakin onların qəbul edilmədiyi hallar da olur.

Funt sterlinq adının yaranması ilə bağlı bir neçə versiya var. Bir sıra mənbələrə görə o 12-ci əsrdə yaranmışdır və hərfi olaraq “xalis gümüş funtu” mənasını verirdi. Qədim ingilis gümüş sikkəsi sterlinq adlanırdı. 240 sikkənin çəkisi 1 “tower” funtu (təxminən 350 qram) və ya 1 “troy” funtuna (təxminən 373,24 qram) bərabər idi. Iri alıcılar üçün məhz bu ölçü vahidindən istifadə edirdilər, bununla sikkələrin çəki cəhətdən normallığını yoxlamaq mümkün olurdu. Əgər 240 sikkənin çəkisi 1 funta bərabər deyilsə, sikkələr ya çox aşınıblar, ya da saxtadırlar.

İngilis əskinazları

Pul vahidinin adı 1694-cü ildə İngiltərə bankı ilk banknotları buraxanda dəqiqləşdi. Indi ingilis dilində pulların göstərilməsi üçün funt sözündən (məs. This car costs 10,000 pounds), rəsmi sənədlərdə isə funt sterlinq sözündən istifadə olunur, birjada isə sterlinq adı geniş yayılmışdı.

Ilk dəfə ingilis sikkəsi 1489-cu ildə qızıl soveren – hazırda dünyanın ən etibarlı pul vahidi kimi (bir funt sterlinqə bərabər qızıl pul) zərb edilmişdi. 1990-1994-cü illərdəki bütün pul nişanlarının tərtibatı vahid kompozisiya nümunəsinə əsasən tərtib edilmişdi. Üç ən aşağı nominal iki icra variantına malikdir, onlar cüzi olaraq – rəng tonları, şəkil və rekvizitlərə görə bir-birindən fərqlənir.

Pul nişanları müasir müdafiə vasitələri kompleksinə malikdir: çoxçalarlı nişan, metal müdafiə telləri, ferromaqnit elementlərinin müdafiə telinin müəyyən sahələrinə lokal yolla vurulması ilə yerinə yetirilən maqnit müdafiə, zərli basmanaxışlar. 1999-cu ildə yeni seriya pul nişanları dövriyyəyə buraxıldı. Bu banknotlar saxtakarlıqdan əlavə müdafiə – kineqram (holoqram) və lüminessensiya elementlərinə malikdir.

5pounds

5 funt sterlinqlik banknotların üz tərəfində kraliça II Yelizavetanın portreti, İngiltərə medalyonu, əks tərəfində isə alim Corc Stefensonun portreti, lokomotiv və dəmiryolu körpüsü təsvir olunmuşdu. 10 funtluq banknotların üz tərəfində II Yelizavetanın portreti, İngiltərə medalyonu, əks tərəfdə isə ingilis yazıçı Çarlz Dikkensin portreti və kroket oyun səhnəsi təsvir edilmişdi.

10pound
20 funtluq banknotların (1991-1993-cü illər) üz tərəfində kraliça II Yelizavetanın portreti, İngiltərə medalyonu, əks tərəfində isə ingilis fiziki Maykl Faradeyin portreti və 1826-ci ildə Kral ittifaqında leksiya səhnəsi təsvir olunub. 1999-cu ilin buraxılışı olan 20 sterlinqlik banknotların üz tərəfində kraliça II Yelizavetanın portreti, əks tərəfində isə bəstəkar Edvard Edqarın portreti və Buster kilsəsinin fasadına açılan görüntü təsvir olunub.
20pounds1994-cü ilin buraxılışı olan 50 funt sterlinqlik əskinazların üz tərəfində kraliça II Yelizavetanın portreti, İngiltərə medalyonu, əks tərəfində isə Böyük Britaniya mərkəzi bankının birinci prezidenti ser Con Xoublounun portreti və onun Triadnidl-stritdəki evinin şəkli təsvir olunmuşdur.

50pounds

Valyutanın məzənnəsi valyuta bazarında həyata keçirilən ticarətdən asılı olaraq dəyişir və daima tərəddüd edir. İngiltərə haqlı olaraq öz valyutası ilə fəxr edir və Avropa İttifaqının üzvü olaraq Birləşmiş Krallıq öz iqtisadiyyatını avroya bağlamaq istəmir və öz milli valyutasına sadiq qalır.

Son xəbərlər
Digər xəbərlər