20 C
Baku
Thursday, May 2, 2024

Füzuli rayonunun 3 kəndinin layihələndirilməsi 5 milyon manata başa gələcək

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Kooplayihə AHB firması”, “Era Design Group” MMC və NKT-bərpa ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Kooplayihə AHB firması” ilə bağlanan müqavilədə “Füzuli rayonu ərazisində yerləşən Qarakollu kəndinin layihələndirilməsi” nəzərdə tutulur. Müqavilənin dəyəri 1 595 478 AZN təşkil edir.

“Era Design Group” MMC ilə olan müqavilə “Füzuli rayonu ərazisində yerləşən Qaraxanbəyli kəndinin layihələndirilməsi”ndən ibarətdir. Bu müqavilənin məbləği 1 979 981 AZN-dir.

Məbləği 1 176 195 AZN olan NKT-bərpa ilə bağlanmış müqavilədə isə “Füzuli rayonu ərazisində yerləşən Mirzəcamallı kəndinin layihələndirilməsi” nəzərdə tutulur.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər