6 C
Baku
Sunday, December 15, 2024

Global Finance 2017-ci ilin ən yaxşı banklarını elan etdi

Global Finance maliyyə jurnalı özünün dünyanın ən yaxşı bankları reytinqini yeniləyib və 2017-ci il üçün nəticələri elan edib. Seçilmiş maliyyə təşkilatları haqqında tam hesabat nəşrin may ayında dərc ediləcək nömrəsində təqdim ediləcək.


Banker.az saytının verdiyi məlumata görə, Global Finance məlumat verir ki, bu il çətin bazarlarda öz müştərilərinin ehtiyaclarını diqqətlə izləyən və yaxşı nəticələr əldə edən banklar qalib elan edilib.

Bütün qaliblər jurnalın redaktoru tərəfindən korporativ maliyyə müəssisələrinin rəhbərləri, bankirlər və bank məsləhətçiləri, həmçinin bütün dünya üzrə analitiklər ilə geniş müzakirələrdən sonra seçilib.

Mərkəzi və Şərqi Avropada ən yaxşı bank yenidən Raiffeisen Bank International seçilib. Qərbi Avropada isə qalib Hollandiyanın ING bankı olub. 2017-ci il üzrə Şimali Amerika və ABŞ-da ən yaxşı kredit təşkilatı Bank of America elan edilib. Kanadada isə qalib Royal Bank of Canada olub.

Asiya-Sakit okeanı regionunda ən yaxşı bank adına Industrial and Commercial Bank of China (ICBC) layiq görülüb. Bu bank həmçinin Çində də ən yaxşı elan edilib.

Son xəbərlər
Digər xəbərlər