-1 C
Baku
Sunday, December 15, 2024

“Global Leasing” nizamnamə kapitalını artırıb

“Global Leasing” QSC nizamnamə kapitalını daha 98,8 min manat və yaxud 61% artıraraq 162 min manatdan 260,8 min manata çatdırıb.

Bu barədə şirkətin direktoru Elvin Yolçiyev məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün “Global Leasing”in dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 162 manatdan 260,8 manata qaldırılıb.

Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Şirkət əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər