7 C
Baku
Sunday, December 15, 2024

“Goldman Sachs” neftin qiymətinin 100 dollara qalxacağını istisna etmir

OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı gözlənilməz qərarından sonra analitiklər proqnozlarına düzəlişlər ediblər – indi onlar neftin qiymətinin bir barel üçün 100 dollara yüksələcəyini istisna etmirlər.

“Goldman Sachs” Brent-in 2023-cü ilin dekabrında 95 dollar/barel, 2024-cü ilin dekabrında isə 100 dollar/barel olacağını gözləyir. Əvvəllər bank bu dövrlərdə qiymət artımının müvafiq olaraq 90 və 95 dollar/barel olacağını proqnozlaşdırmışdı.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Bankın analitikləri Daan Struyven və Kallum Brüs qeyd ediblər ki, hazırkı vəziyyət OPEC+ üzrə 2022-ci ilin oktyabrında hasilatın azaldılmasından fərqlidir: hazırda Çinin iqtisadiyyatının bərpası və sabit emal marjası fonunda qlobal neft tələbinin dinamikası müsbətdir.

OPEC+ ixracatçıları ABŞ-ın şist nefti istehsalçılarının qiymət artımına reaksiyasından qorxmur, ona görə də bu, beş il əvvəlki riskləri daşımır. “Bank of America” hesab edir ki, neft hasilatının il ərzində gündəlik 1 milyon barel dəyişməsi qiymətlərə 20-25 dollar/barel diapazonunda təsir göstərə bilər.

“Citigroup”un analitikləri bildiriblər ki, OPEC+ ölkələrinin qərarına görə, bazarları zəif maraq və yüksək volatillik şəraitində qiymət artımı gözləyə bilər.

Xatırladaq ki, aprelin 2-də OPEC+ may ayında neft hasilatını gündə təxminən 1.16 milyon barel azaltmaq qərarını açıqlayıb. Bunun fonunda neft qiymətləri kəskin artmağa başlayıb. Bakı vaxtı ilə saat 11:20-ə olan məlumata görə, Brent markalı neftin fyuçersləri 5.4% bahalaşaraq 84.2 dollara yüksəlib. WTI markalı neftin qiyməti 5.5% artıb və 79.8 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər