ABŞ-ın “Circle” şirkətinin əsas kriptovalyuta birjalarından olan “Poloniex”i alması “bitcoin”in qiymətinin 11 000 dollara qədər yüksəlməsinə səbəb olub. “Investing.ru” saytına istinadən, alqı-satqı əqdinin qiyməti 400 mln. dollar təşkil edib.
Qeyd edək ki, “Circle” startap layihəsi ABŞ-ın nüfuzlu “Goldman Sachs” investisiya bankı tərəfindən dəstəklənir. Əvvəllər “Circle” platforması bitkoinə dəstək verən təkcinahlı ödəniş sistemi və öz mobil əlavəsi olan “Circle Pay” ilə tanınıb. Bu platformada blokçeyn texnologiyasından istifadə olunur.
Xatırladaq ki, qərarın açıqlanmasından sonra bitkoinin qiyməti 10 000 dollar səviyyəsindən 11 000 dollara qədər yüksəlib.