12 C
Baku
Wednesday, December 11, 2024

Gömrük Komitəsinin sədr müavinləri ilə bağlı prezidentdən FƏRMAN

Dövlət Gömrük Komitəsinin sədr müavinlərinin sayı azaldılıb.

Banker.az xəbər verir ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Gömrük Komitəsinin sədr müavinlərinin sayı 6-dan 4-ə endirilib. Belə ki, indiyədək əsasnaməyə görə, komitə sədrinin 2 nəfər 1-ci müavini 4 müavini ola bilərdi. Yenilikdən sonra isə komitə sədrinin 1-ci müavinlərinin sayı 1-ə, müavinlərin sayı isə 3-ə endirilib.

Son xəbərlər
Digər xəbərlər