Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 356 862,2 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,4% azalaraq 69 674,7 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,8% artaraq 272 702,5 milyon manat, aksizlər üzrə daxilolmalar 34,3% azalaraq 12 475,8 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 40,7% azalaraq 2 009,2 milyon manat olub.