6 C
Baku
Sunday, December 15, 2024

Google, Amazon və McDonald`s – dünyanın “ən sadə” brendləri

Texnologiyaların və istifadəçi təcrübəsinin sadəliyinin istehlakçı və şirkət arasındakı münasibətlərə təsirini qiymətləndirən araşdırmalara əsasən Google dünyanın ən bəsit brendidir.

 

Siegel+Gale kompaniyası tərəfindən həyata keçirilən,  Brand Simplicity Index adlı ikinci illik araşdırma göstərir ki, istehlakçılar onlar ilə qarşılıqlı fəaliyyətdə olarkən istifadənin sadəliyini təmin edən brendlərə görə daha çox pul ödəməyə hazırdırlar. Bu həm də ona işarə edir ki, brendlər sadəlikdən istifadə edərək müştəri loyallığını qazana və öz gəlirlərini artıra bilərlər.

Seigel+Gale –in hazırladığı hesabat iddia edir ki, brendlər kommunikasiyanın və servisin optimallaşdırılması nəticəsində xeyli çox gəlir əldə edə bilərlər, çünki insanlar təcrübənin sadəliyindən ötrü əlavə 2,7%-dən 5,2%-ə qədər ödəməyə hazırdırlar.

Kompaniya eyni zamanda müəyyən etmişdir ki, brendin onların istehlakçı təcrübəsini daha sadə etməsinin nəticəsi kimi, 88% istifadəçi demək olar ki, onu digər insanlara da məsləhət görəcəklər.
Yeddi ölkədə 6000-dən çox insanın arasında aparılmış sorğunun üzərində dayanan tədqiqata əsasən, dünyanın “sadə” brend reytinqləri arasında ilk yerləri texnoloji şirkətlər, fast-food kompaniyaları tutur ki, bu sırada da Google, Amazon, IKEA, Apple və McDonald’s –ın  adını qeyd etmək olar.

Seigel+Gale –in EMEA regionundakı prezidenti Filiş Devis söyləmişdir ki, “Sadəlik çox güclü bir silahdır, o brendlərə insanların başlarına daha cəld daxil olmağa və orada uzun müddət məskən salmağa kömək edir. Öz müştərilərinə başa düşülən, sadə və asan təcrübə təklif edən brendlər böyük loyallığa səbəb olur və getdikcə daha çox uğur əldə edəcəklər”.
Global Brand Simplicity Index agentliyinə əsasən 2011-ci ilin 10 ən uğurlu brendi

1. Google

2. Amazon

3. IKEA

4. McDonald’s

5. Apple

6. Nokia

7. Pizza Hut

8. Marks & Spencer

9. LG

10. Starbucks

Son xəbərlər
Digər xəbərlər