17 C
Baku
Saturday, May 18, 2024

Goranboyda market sahibi cərimələnib

Goranboyda Safıkürd kəndi ünvanında fəaliyyət göstərən, Hacıyev Valeh Əşrəf oğluna məxsus “Gülüstan” marketdə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, bitki tərkibli yağların saxlanmasında temperatur rejiminə əməl olunmadığı aşkar edilib.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan bildirilir ki, faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər