21 C
Baku
Thursday, April 25, 2024

“Gucci” və “Louis Vuitton” işçiləri işəgötürənləri gizli sövdələşmədə günahlandırıblar

“Saks”, “Gucci” və “Louis Vuitton” işçiləri işəgötürənləri gizli sövdələşmə və antimonopoliya qanunvericiliyini pozmaqda ittiham ediblər.

Banker.az xəbər verir ki, bu haqda Bloomberg məlumat verib.

Şikayətçilər iddia edirlər ki, yuxarıdakı şirkətlər daha əvvəl rəqibləri ilə işləyən işçiləri işə götürmürlər. Onların sözlərinə görə, bununla da iş axtaranların yeni iş tapmaq imkanları qat-qat azalmış olub.

“Saks” ın keçmiş əməkdaşı “Louis Vuitton” şirkətinə işə düzəlmək istəsə də, işəgötürənin daha əvvəl rəqib şirkətlərdə işləyən namizədləri işə götürmədiyini öyrəndi.

“Saks”, “Gucci” və “Louis Vuitton” Bloomberg-in göndərdiyi müraciətlərə cavab verməyiblər.

Oxşar iddia 2015-ci ildə qaldırılmışdı. Onda sövdələşmədə “Apple”, “Google”, “Intel” və “Adobe Systems” şirkətləri günahlandırılmışdı. Həmin ildə şirkətlər 415 milyon dollar kompensasiya ödəməli olublar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər