Comex birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin may ayı üzrə gümüş fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 75 dollardan aşağı enib. Bu, 2026-cı il mayın 5-dən bəri ilk belə haldır.
Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 04:34-də gümüşün qiyməti 3,66% azalaraq bir troya unsiyası üçün 74,70 dollar olub. Saat 04:44-ə olan məlumata görə isə eniş sürətlənib və qiymət 74,33 dollar (-4,14%) səviyyəsində ticarət edilib.
Saat 06:20-də isə gümüşün ucuzlaşması zəifləyib və qiymət bir troya unsiyası üçün 75,41 dollar (-2,93%) olub.







