16 C
Baku
Wednesday, May 8, 2024

“Günay Sığorta” kiçilib və zərərə düşüb – Maliyyə vəziyyəti açıqlandı

“Günay Sığorta” ASC 2021-ci ilin ilk yarımilliyini 554 min manat zərərlə başa vurub. Halbuki, ötən ilin eyni dövrünu 630 min manat mənfəətlə tamamlamışdır.

Banker.az bu barədə sığorta şirkətin maliyyə hesabatına istinadən xəbər verir

2021-ci ilin yanvar-iyun aylarında “Günay Sığorta”nın gəlirləri 4 milyon 922 min manat (illik müqayisədə 4.5% çox), xərcləri 5 milyon 477 min manat (39.5% çox) təşkil edib.

Bu il iyulun 1-nə “Günay Sığorta”nın aktivləri 14 milyon 966 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7.2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15.3% azalaraq 6 milyon 769 min manata düşüb, balans kapitalı isə 0.7% artaraq 8 milyon 197 min manata çatıb.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Şirinovaya  və Mahmud Məmmədova məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər