Gürcüstan 2022-ci ildə beynəlxalq səfərlərdən 3.5 milyard dollar əldə edib.
Bu barədə ölkənin Milli Turizm Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, bu göstərici 2019-cu illə müqayisədə 107.6% bərpa anlamına gəlir.
Məlumatda göstərilib ki, ötən il ölkəyə ümumilikdə 5.4 milyon beynəlxalq ziyarətçi səfər edib. Təkcə 2022-ci ilin dekabrında isə Gürcüstana 564 656 xarici ziyarətçi gəlib. Bunlardan 304 616-sı turizm məqsədilə olub.