11 C
Baku
Sunday, May 19, 2024

Gürcüstanda 216 min 274 nəfərin vaxtı keçmiş kredit borcu var

Gürcüstanda vətəndaşların vaxtı keçmiş kreditlərinin sayı yenidən artıb. Cari ilin iyul ayına olan məlumata görə, Gürcüstanda 216 min 274 nəfərin vaxtı keçmiş (31 gündən 1095 günə qədər) kredit borcu var.

Bu barədə ”ASC Creditinfo Georgia” məlumat yayıb.

Bildirilir ki, kredit borcu olan şəxslərdən 134 min 81 nəfəri sıravi vətəndaş, 173 min 256 nəfəri Gürcüstan Milli Bankı tərəfindən tənzimlənən maliyyə qurumları, 3120-si isə müxtəlif şirkətlərdir.

İyul ayına olan məlumata görə, Gürcüstanda 1 milyon 877 min 209 aktiv kredit var və aktiv müqavilələrin ümumi kredit öhdəliyi 912 milyard 405 milyon 694 min 870 lari təşkil edir.

Qeyd edək ki, Gürcüstan hökumətinin təşəbbüsü ilə 2019-cu ilin yanvarında adları “Qara siyahı”ya düşən 600 mindən çox vətəndaşın kredit borcları silinib.

Bu təşəbbüs kreditin əsas məbləği 2 min laridən çox olmayan və son bir ildə krediti ödəməyən borc sahiblərini əhatə edib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər