16 C
Baku
Friday, May 3, 2024

Gürcüstanda kriptovalyuta ödənişləri işə düşüb

“Binance” kriptobirjası Gürcüstanın “CityPay.io” ödəniş operatoru ilə müqavilə bağlayıb. Hazırda ölkədə 600-dən çox offlayn məntəqə kriptovalyuta ödənişlərini qəbul edir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Proqramın iştirakçıları arasında Amerikanın “Wendy’s” restoranları şəbəkəsi də var. “Binance” vəd edir ki, bütün böyük hotel şəbəkələrində, supermarketlərdə və restoranlarda kriptovalyutadan istifadə etməklə alış və xidmətlər üçün ödəniş etmək mümkün olacaq.

Xatırladaq ki, daha əvvəl Fransada kriptovalyuta ödənişləri işə düşüb. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər