2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda yaşamaq icazəsi almaq imkanları məhdudlaşdırılacaq

Xarici ölkə vətəndaşlarının Gürcüstanda yaşayış icazəsi almaq imkanları məhdudlaşdırılacaq.

Bu barədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə bildirilib.

Hökumətin təşəbbüsü ilə hazırlanan və parlamentə təqdim edilən sənədə əsasən, icazə almaq imkanı yalnız əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin həyat yoldaşı, yetkinlik yaşına çatmayan uşağı və onun valideyninə veriləcək.

Düzəlişlərdə qeyd olunub ki, Gürcüstana vizasız daxil olmaq və qalma hüqununa malik ölkələrin vətəndaşı olan şəxslər də yaşayış izni ala biləcəklər.

Layihəyə əsasən, xarici ölkə vətəndaşının Gürcüstanda cinayət törədəcəyi halda onun ölkədə yaşayış hüququ məhdudlaşdırılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər