16 C
Baku
Thursday, May 2, 2024

Gürcüstandan Azərbaycana ixrac edilən dərmanların qiyməti artıb

Gürcüstan 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 17,8 milyon ABŞ dolları dəyərində 417,26 ton dərman ixrac edib.

Hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 2,9 milyon və ya 19,4% artıb, həcmi isə 83,12 ton və ya 16,6% azalıb. Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 14,9 milyon dollar dəyərində 500,38 ton dərman ixrac edib.

Cari ilin ilk 9 ayı ərzində Gürcüstan ümumilikdə 82,1 milyon dollar dəyərində dərman ixrac edib ki, bu da illik müqayisədə 7,4% çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər