“Hacıqabul Sənaye Məhəlləsində hər il 400 taxılbiçən kombaynın istehsal edilməsi nəzərdə tutulur”.
Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emil Axundov rəhbərlik etdiyi qurumun Rusiyanın Rostov vilayətinin “Rostselmaş” şirkətilə Azərbaycanda kombaynların yığılması ilə bağlı imzaladığı müqaviləni şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin kombaynların 70%-dən çoxu ixrac ediləcək: “Biz yerli bazarı araşdırmışıq və hər il yığımını həyata keçirəcəyimiz kombaynların təxminən 100-nü ölkə daxilində satmağı, qalanını isə xarici bazara çıxarmağı planlaşdırırıq”.
©Report