20 C
Baku
Tuesday, May 21, 2024

Mərkəzi Bank: Hərracda manata təlabat 2 dəfədən çox olub

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açlqlama verilib. Banker.az bu barədə AMB-nin rəsmi açıqlamasına istinadla xəbər verir.

Məlumata görə, 08.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 504.7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,70% təşkil edib. Bu da hərracda cəlb olunması nəzrədə tutulan 200 mln. manatın 152,85% çox üstələməsi deməkdir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər