Təqvimlər – reklamlar üçün ən qədim vasitələr hesab olunur və bu günə qədər də öz aktuallığını qoruyub saxlayır.
Bu və ya digər şirkətə məxsus xüsusi stilə sahib təqvimlər indiki dövrümüzdə də korporativ hədiyyələrin geniş yayılmış formasıdır. Bu yaxınlarda alman çay şirkəti Hälssen & Lyon təqvimlərin təşkilinə yeni prizmadan baxmağa başladı. Daha doğrusu təqvimin hazırlanacağı materialda yenilik etdi.
Hälssen & Lyon dünyada bir yenilik edərək çaydan təqvim hazırladı. Haqqında bəhs etdiyimiz təqvimlərin bütün səhifələri tamamilə çaydan hazırlanıb. Onlar xüsusi bir şəkildə bərk sıxılmış və nəticədə çox nazik laylar yaranmışdır. Bundan əlavə, təqvimin səhifələri gözəl, ətirli çay dəmləmək üçün də çox münasibdir. Bunun üçün sadəcə təqvimin bir səhifəsini qoparıb qaynar suya salmaq kifayətdir.
Hälssen & Lyon şirkətinin təqdim etdiyi bu təqvim 365 səhifədən ibarətdir və hər bir səhifə ayrı bir çay növündən hazırlanmışdır.