21 C
Baku
Thursday, April 25, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı Bankdan avtomobil krediti əldə etmək mümkündür? – SİYAHI

Hansı Bankdan avtomobil krediti əldə etmək mümkündür? – SİYAHI

0
Hansı Bankdan avtomobil krediti əldə etmək mümkündür? – SİYAHI

Avtokredit – vaxtilə bu məhsul demək olar ki, əksər banklar tərəfindən geniş şəkildə təklif edilirdi. Lakin sonradan devalvasiyalar baş verdikdən sonra avtomobillərin qiymətində kəskin artım müşahidə olundu. Əlavə olaraq dövlətin maliyyə sektoruna nəzarət edici orqanları (Mərkəzi Bank, MBNP və s.) tərəfindən kreditlərin, o cümlədən avtokreditlərin rəsmiləşdirilməsi ilə bağlı bəzi tələblər tətbiq edilməyə də başladı ki, bu tələblər aılçəkilən məhsulun kəskin azalmasına bəzi Banklarda isə ümumiyyətlə ləğv edilməsinə gətirib çıxardı. Əlavə olaraq lizinq yolu ilə kreditləşmə də avtokredit məhsulunun satışına mənfi təsir etdi. Çünki lizinqlə avtomobilin kreditə salınması zamanı ilkin ödəniş tələbi daha aşağıdır.

Müvafiq məhsul üzrə bazarda tələbin çox olmamasına baxmayaraq, hələ də bəzi banklarda bu məhsulu əldə etmək mümkündür. Monitorinq qrupumuz kredit vasitəsilə yeni avtomobil əldə etmək istəyən oxucuların maraqlarını nəzərə alaraq bu barədə araşdırma aparıb. Nəticələrlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

Bank Maksimal məbləğ İlkin ödəniş Müddət Faiz Komissiya
Access Bank 50 000 AZN Yeni avtomobil – 40% – 50% arası

İşlənmiş avtomobil (10 ilədək) – 80%

24 ayadək 25% – 28% 1%
Amrahbank* 100 000 AZN Yeni avtomobillər üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

İşlənmiş avtomobillər üzrə – 80%

36 ayadək Yeni avtomobillər  – 20%

İşlənmiş avtomobillər:

25000 AZN-dək- 22%

25000 AZN-dən yuxarı-23%

1%
Atabank 100 000 AZN Yeni avtomobillər üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

İşlənmiş avtomobillər üzrə – 80%

48 ayadək (işlənmiş 36 ayadək) Kreditin müddəti (yeni)

    • 12 ayadək – 20%
    • 13 – 24 ay – 22%
    • 25 – 36 ay – 24%
  • 37 – 48 ay – 26%

İşlənmiş avtomobillər +1% daha artıqdır

1%
Bank BTB 80 000 AZN Yeni avtomobillər (1 ilə qədər istehsal) üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

İşlənmiş avtomobillər üzrə – 80%

36 ayadək 25% – 27% 1%
Bank Respublika 100 000 AZN Yeni avtomobillər (1 ilə qədər istehsal) üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

36 ayadək “Group Motors” tərəfindən satılan (Honda, Mazda, Subaru, Mitsubishi,Toyota ) avtomobillər üzrə:

Kreditin müddəti

  • 12 ayadək – 18%;
  • 13 – 24 ay – 21%;
  • 25 – 36 ay – 22%.

Digər markalı avtomobillər üzrə – minimum 24%.

1%
NBC Bank** 500 000 AZN Yeni avtomobillər üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

60 ayadək 10% – 26% 0% (YOXDUR)
Rabitə Bank*** 100 000 AZN Yeni avtomobillər (1 ilə qədər istehsal) üzrə:

– Dəyəri 30000 AZN-dək olan avtomobillər – 50%;  

– Dəyəri 30000 AZN-dən çox olan avtomobillər – 40%

36 ayadək Kreditin müddəti

  • 12 ayadək – 16%
  • 13 – 24 ay – 18%
  • 25 – 36 ay – 19%
1%

 

*Amrahbank üzrə avtomobilin istehsal ili tələbləri;

– Toyota, Mercedes, Lexus – 2010-cu ildən başlayaraq

– Kia, Hyundai, Nissan, İnfinity, BMW, Audi, Volkswagen – 2012-ci ildən başlayaraq

– Sport avtomobillər maliyyələşmir.

 

** NBC Bank üzrə partnyor avtomobil markaları: Nissan, İnfiniti, Ford, Renault və Dongfeng

*** Rabitə Bankdan Avtomobil krediti vasitəsilə avtomobil əldə edə biləcəyiniz salonlar: KIA Motors Azerbaijan,Performance Center Co., Auto Azerbaijan, Nurgun Motors, Cahan Motors,  Aztol Motors, Improtex Motors, Crystal Motors, Honda Motor Co., Porsche Bakı Mərkəzi, Toyota Bakı Mərkəzi, European Cars, Salon 26, Real Motors, Great Motors