Bilirsinizmi, dünyanın hansı moda və alış veriş paytaxtında otel nömrələri sizə daha baha və ya ucuz başa gələcək? Bu suala “Hotel Price Index” adlı aparılan sorğu-təhqiqat nəticəsində Hotels.com şirkəti cavab verməyə çalışacaq. Bu portal otel nömrələrinin bron edilmməsi baxımından lider mövqelərə malikdir.
Keyfiyyətli və çox da baha başa gəlməyəcək alış-veriş həvəskarlı üçün ən əla seçim Berlindir. Burada nəinki əla keyfiyyətli məhsullar, həm də çox da baha olmayan mehmanxana tapmaq mümkündür. Axı Berlin ən qənaətcil və dəbli Avropa paytaxtıdır, burda bir gecəyə bir nəfərlik mehmanxana nömrəsinin qiyməti orta hesabla 100 avro təşkil edir Dükanlar Berlində bir qayda olaraq, 10 saatda 20 saata qədər, bazar günü istisna olmaqla, həftə içi hər gün işləyir. Turistlərə KaDeWe ticarət mərkəzində diqqət yetirməyi tövsiyə edirlər – təmtəraqlı alış-veriş həvəskarları üç ədəd moda mərtəbəsini, həmçinin füsunkar kosmetika dünyasını, ev üçün hədiyyələr mərtəbəsini və əlbəttə ki, qurmanlar üçün nəzərdə tutulan, olduqca məşhur 6-ci mərtəbəni çox bəyənəcəklər.
Ekzotika həvəskarları və qarderobunu yeniləməyi sevən şəxslər Tailandın paytaxtı – Banqkoka da yola düşə bilər, xüsusən də nəzərə alsaq ki, burada otel qiymətləri olduqca ucuzdur. Banqkokda bir otel nömrəsinin qiyməti orta hesabla 70 avro təşkil edir. Ürəkləri istəyənə qədər alış-veriş etmək istəyən şəxslər könül açıqlığı ilə Banqkokun qlamur və dəbdəbə mərkəzinə – Siam Paragona yola düşə bilər. Qənaətcil sərnişinlər isə
Taliandın Chatuchak bazarına yola düşə bilərlər, burada keyfiyyətli məhsulları çox cəlbedici qiymətlərə almaq olar. Hər il bu bazarı 200 000-ə yaxın insan ziyarət edir.
Milanı haqlı olaraq dünya modasının paytaxtı adlandırırlar, axı yalnız burada belə brend çeşidliyinə və bolluğuna rast gəlmək olur. Məşhur endirimlər mövsümündə, Milanda bu ildə iki dəfə təsadüf edir (iyul və yanvar aylarında), lüks kateqoriyalı əşyaları 30%-dən də çox endirimlə almaq mümkündür. Milanda ən məşhur ticarət küçəsi Via Montenapoleone hesab olunur. Amma əksər insanlar hal-hazırda bu rayonu sadəcə Montenapo (Qızıl üçbucaq) adlandırırlar. Burada dünyanın bütün brendlərinə rast gəlmək mümkündür, necə deyirlər, istənilən zövqdə və rəngdə, istənilən yaşa uyğun. Hətta ən balaca küçə döngələrində belə gizlənmiş dükanlara, köşklərə rast gəlmək olur. Komfortlu alış-veriş etmək üçün çox da bahalı olmayan, oteldə qalmaq mümkündür. Milanda yaşayış məntəqələrinin orta qiymətləri kifayət qədər demokratikdir –orta hesabla bir gecəyə 120 avro.
Meqapolis sevərlər isə gərək alış-veriş etmək üçün Nyu-Yorka səfər etmək haqqında düşünsünlər. Zənnimcə, Nyu-Yorku heykəllər və abidələr şəhəri adlandırmaq olar, həmçinin bu müxtəlifliyi geyim tərzlərində də müşahidə etmək olar. Şahidlərin dediyinə əsasən, Nyu-Yorkda şoppinq əyləncəli marafonu xatırladır. Nyu-Yorkda otelin bir nömrəsinin bir gecəlik qiyməti 210 avro təşkil edir Alış veriş etmək üçün yaxşı yer Woodbury Common Premium Outlets ola bilər ki, o da Manhettendən bir saatlıq məsafədə yerləşir. Ticarət cərgələri lüks markalı və adi kütləvi-bazar malları ildə doludur. Bu autletin aşkar müsbət üstünlüyü – bütün markalara tətbiq edilən gündəlik endirimlərdir. Bəli, xoş abı-hava və xeyirxah satıcılar sizin dükanlar boyu gəzintinizi daha da xoş edə bilər.
Parisdə alış veriş etməyin üstünlüyü bütünlüklə şoppinq-rayonlarının mövcudluğu ilə bağlıdır. Bu isə bir yerdən digərinə gedərkən itirdiyiniz vaxt və pula qənaət etməyə icazə verir. Avropanın ən nəhəng ticarət mərkəzlərindən biri olan məhz Fransanın paytaxtında yerləşir. Les Quatre Temps özündə 250 butiki əhatə edir, burada 45 kafe və bir neçə kinozalı da vardır. Burada lüks mallardan tutmuş kütləvi marketə qədər demək olar ki, bütün markadan olan geyimləri almaq mümkündür. Les Quatre Temps ticarət məkanını ən azı ondan ötrü ziyarət etmək lazımdır ki, bu binanın möhtəşəm memarlıq üslubunu görə biləsən, yaddan çıxarmayın ki, o Disneylendın yaxınlığında işləyir. Düzdür, Parisdə qalmaq üçün otellərdə bir gecə keçirməyə ən azı 180 avronuz çıxacaq, bu isə təkcə bir nömrənin bir gecəyə olan qiymətidir, Berlindəki otel qiymətlərini ən azı 2 dəfə üstələyir.