9 C
Baku
Thursday, December 12, 2024

“Heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb”- Nazirlikdən açıqlama

“İlk günlər koronavirus əleyhinə vaksinlərlə bağlı mənfi düşüncələrlə mübarizə aparmaq çox çətin idi. İnformasiyanın bolluğu, xüsusilə doğru olmayan məlumat çoxluğu səbəbindən vətəndaşlar kimə inanacaqlarını bilmirdilər. Zaman keçdikcə vaksinasiyadan keçən şəxslərin öz şəxsi təcrübələrini qohumları, ətrafları ilə paylaşması nəticəsində onlar deyilən miflərin özünü o qədər də doğrultmadığına şahid oldular”.

Bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə deyib.

“Ölkəmiz tərəfindən seçilən hər bir vaksində əsas üstünlük təhlükəsizlik və yetəri qədər anticisimlərin yaranmasına doğru fokuslanmışdı. Demək olar ki, vaksinasiyanın əks göstərişləri ilə bağlı mifləri qırmışıq. Yanvar ayından bəri heç bir səhiyyə qurumuna ciddi əks göstərişlə bağlı müraciət olunmayıb”, – deyə o qeyd edib.

Nazirliyin nümayəndəsi bildirib ki, əks göstərişlər hər bir vaksinə xasdır. Bu da bədənin yaranan anticisimlərə verdiyi cavab reaksiyasıdır:

“Tibbi cəhətdən bədənin vaksinə reaksiya verməsi daha yaxşıdır. Çünki orada anticisimlər yaranır və immunitet qazanılır. Bu, bədənin virusa qarşı mübarizəsidir. Həkimlər hərarət müəyyən dərəcəyə qədər yüksələn zaman onu düşürməməyi tövsiyə edirlər. Çünki bu, orqanizmin verdiyi təbii cavab reaksiyasıdır”.

G.Quluzadə bildirib ki, gündəlik vaksinasiya tablosuna baxanda müraciətlərin kifayət qədər olduğunu və insanların qorxmadan vaksin oluna bildiyini müşahidə etmək mümkündür:

“Burada maarifləndirmə işi hər zaman önəmlidir. Çünki tibb işçiləri digər əhali qruplarına nisbətən daha çox məlumatlıdırlar. Məlumatlandırma düzgün və dolğun aparılmalıdır ki, əhali doğru istiqamətə yönləndirilsin”.

Son xəbərlər
Digər xəbərlər