Meksikan barında bir Heineken pivəsi alırsan və budur şansın üzünə gülür.
Və budur barın önündə dayanmış gözəl bir qız özü sizinlə ünsiyyətə başlayır. O da futbolu və pivəni sevir. Bir neçə dəqiqə sonra isə o sizə Londonda Çempionlar Liqasının finalına baxmağı təklif edir. Uçuş isə 2 saatdan sonradır. Hər şeydən vaz keçməyə hazırsan?
Belə bir aksiya Meksika barlarının birində final oyunun başlamasından 24 saat əvvəl keçirilib. İki futbol azarkeşi düşünmədən qızların təklifi ilə razılaşmışlar və yolda baş verən bütün maneələrin öhdəsindən uğurla gəlmişlər. Heineken isə yüksək operativlik nümayiş etdirərək video çarxı bir neçə saat ərzində internetdə yayımlamışdır.
{youtube}t_5-j5WCKXI{/youtube}