9 C
Baku
Thursday, December 12, 2024

Hesab.az ilə hansı bankın kredit ödənişlərini etmək olar?

Artıq çox rahat bir şəkildə Hesab.az saytına daxil olaraq kredit ödənişinizi edə bilərsiniz. Ödəniş etmək üçün isə siz şəxsi kabinetinizə daxil olmalısınız. Əgər sizin şəxsi kabinetiniz yoxdursa bu zaman siz saytın qeydiyyatından keçməlisiniz.

Qeydiyyatdan keçmək üçün ilk növbədə saytın sağ tərəfində yerləşən bölməni doldurmalısınız.

h1

Yuxarıda qeyd olunan məlumatları əlavə etdikdən sonra isə qeydiyyatdan qeydiyyatdan keç düyməsini klik edin. Bu zaman ödənişlər edə bilməyiniz üçün yeni səhifə açılacaqdır. Həmin səhifədə isə ödə düyməsini klik edin.

h2

Daha sonra isə ödəniş edilməsi mümkün olan bütün bankların siyahısı olan səhifə açılacaqdır. Buradan siz kredit ödəməli olduğunuz bankın adını seçin. Bankın adını seçdikdən sonra isə açılan səhifədə qeyd bölmələri uyğun şəkildə doldurmalısınız.

h3

Qeyd olunan hesab nömrəsi və şəxsiyyət vəsiqənizin nömrəsini əlavə etdikdən sonra kredit borcunuzu ödəmiş olacaqsınız.

Bu ödənişlərin üstün cəhədlərdən ən başlıcası isə günün istənilən vaxtı, istədiyiniz yerlən ödəniş edə bilməyinizdir.

Hesab.az ilə hansı bankın ödənişini etmək olar?

Siz hesab.az portalı ilə AG Bank, Ata Bank, Bank Respublika,Bank Standard, Nikoil Bank, Unibank, Bank of Baku, EmbaFinans, FlexiCredi bank və kredit təşkilatlarının kredit borclarını ödəyə bilərsiniz.

Əgər siz Unibank, Nikoil Bank və Bank of Baku kreditlərini ödəmək istəsəniz, əlavə olaraq heç bir kommisiya haqqı tutulmur. Lakin digər banklarda ödəniş məbləğindən asılı olmayaraq 1 AZN komissiya haqqı tutulacaqdır.  Aşağıda isə komissiya haqqı tutulan banklar qeyd olunub.

  • AGBank,
  • TuranBank,
  • Respublika Bank,
  • Flexi Kredi,
  • Ata Bank,
  • Embafinans,
  • Standard Bank.

Sonda onu da qeyd edək ki, hazırda hesab.az ilə ödəniş edənlərin sayı 129 807 nəfərdir.

Son xəbərlər
Digər xəbərlər