6 C
Baku
Sunday, December 15, 2024

Hesablama Palatası ötən il 600-ə yaxın nöqsan aşkar edib

2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.

Bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, ötən il Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib ki, bu da hər auditə orta hesabla 13,1 nöqsan deməkdir.

“Əvvəlki illə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı isə 21,4% azalıb, son nəticədə 1 auditə düşən nöqsan sayının azalması 3% təşkil edib.

Maliyyə və uyğunluq auditlərinin nəticələri göstərir ki, əsas pozuntunlar büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrdədir, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı hallar üstünlük təşkil edir. Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət ilk növbədə dövlət satınalmalarının şəffaf keçirilməsində və dövlət əmlakının istifadəsinə səmərəli nəzarətin təşkilindən keçir”, – deyə o, qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər