13 C
Baku
Tuesday, May 7, 2024

Hindistan rəqəmsal rupini istifadəyə verib

Hindistan Ehtiyat Bankı çərşənbə axşamı rəqəmsal rupini rəsmi olaraq istifadəyə verib. Ölkənin biznes nəşri “Business Standard” yazır ki, birinci mərhələdə rəqəmsal valyuta yalnız məhdud sayda banklar üçün əlçatan olacaqdır.

Tənzimləyicinin məlumatına görə, rəqəmsal rupi bir ay ərzində müxtəlif yerlərdə pərakəndə istifadə üçün sınaqdan keçiriləcək. Eyni zamanda, bank özəl rəqəmsal valyutalara qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlayıb. Xüsusilə, bu il Hindistanda kriptovalyuta birjalarının işini və kriptovalyutaların dövriyyəsini cəlbedici edən yeni vergi rejimi tətbiq edilib.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

“Mərkəzi Bankın elektron valyutaları istifadəçilərə özəl kriptovalyutalarla bağlı heç bir risk olmadan rəqəmsal valyuta təcrübəsi təqdim edəcək. Bu valyutalar həm də özəl virtual valyutaların dağıdıcı sosial və iqtisadi təsirindən qaçmaqla istehlakçıların maraqlarının qorunmasını təmin edəcək”, – mesajda deyilir.

Pilot layihədə Hindistanın Dövlət Bankı, “Bank of Baroda”, “Union Bank of India”, “HDFC Bank”, “ICICI Bank Ltd.”, “Kotak Mahindra Bank”, “Yes Bank”, “IDFC First Bank” və “HSBC Holdings Plc” iştirak edir. Layihənin ilk günündə layihədə iştirak edən doqquz bank 1.4 milyard rupi dəyərində 24 əməliyyat həyata keçirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər