10 C
Baku
Thursday, December 12, 2024

İcazəsiz çölə çıxmış şəxs hansı halda cərimələnməyəcək – DİN-dən açıqlama

Xatırladaq ki, Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə bu gündən ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Sərtləşmiş xüsusi karantin rejimində ictimaiyyəti maraqlandıran suallardan biri də odur ki, evdən icazəsiz çıxmış şəxs polisin dərhal evdən qayıtması tələbini yerinə yetirirsə, o cərimə olunacaqmı, yoxsa xəbərdarlıqla kifayətlənəcək?

Banker.az-a DİN-dən daxil olmuş məlumata görə, polisin evə qayıtmaq tələbini dərhal və sözsüz yerinə yetirən icazəsiz evdən çıxmış şəxsə xəbərdarlıq edilir.

Onu da qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

Son xəbərlər
Digər xəbərlər