10 C
Baku
Thursday, December 12, 2024

İcra hakimiyyətlərinin bu səlahiyyəti Təhsil Nazirliyinə verildi

Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə qərara alınır:

1. Yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il

 

 

Son xəbərlər
Digər xəbərlər