6 C
Baku
Sunday, December 15, 2024

İddia: İtaliyanın məşhur zərgərlik butikinin sahibi rus agenti imiş – Fotolar

İtaliyanın Neapol şəhərində illərdir özünü elit zərgərlik əşyaları dizayneri kimi təqdim edən Olqa Kolobovanın Rusiyanın hərbi kəşfiyyat idarəsi olan GRU-ya casusluq etdiyi iddia edilir.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər  verir.

Məlum olub ki, rus casusu on il ərzində özünü zərgərlik məmulatları dizayneri kimi göstərib və NATO-nun Neapoldakı bazasına sızaraq komandirləri tələyə salıb. Perunun Kallao şəhərində alman ata və perulu ananın övladı olaraq dünyaya gəldiyini deyən və Maria Adela Kuhfeldt Rivera adından istifadə edən qadının zərgərlik dizayneri adı altında Rusiyaya xidmət etdiyi ortaya çıxıb.

İddia edilir ki, əslində GRU zabiti olan Rivera özünü xarici kimi aparmaq üçün xüsusi təlim keçmiş gizli bir agentdir. Rivera adından istifadə edən agent Roma, Malta və Parisdə yaşayıb. 2013-cü ildə NATO-nun Müttəfiq Birgə Qüvvələr Komandanlığının yerləşdiyi Neapolda məskunlaşıb.

“Serein” adlı zərgərlik butikini yaradan Rivera çox aktiv sosial həyat tərzi keçirib. İllərdir Latın Amerikalı zərgərlik dizayneri kimi tanınan Rivera həm də NATO personalı ilə sıx əlaqələr qurmaq şansı qazanıb. “Lions Club”un Neapol bölməsində katibə vəzifəsini yerinə yetirən Rivera bir çox NATO işçiləri ilə dostluq edib. Rus qadının NATO əməkdaşı ilə qısamüddətli münasibəti də olub.

“Bellingcat”ın Baş icraçı direktoru və araşdırma rəhbəri Kristo Qrozev bildirib ki, rusiyalı casus qadının izinə ilk dəfə Belarus sərhədçiləri tərəfindən qeydə alınan və rejimin əleyhinə olan bir qrup haker tərəfindən verilmiş sərhəd keçidlərinin məlumat bazasını araşdırarkən rast gəliblər. Qrozev deyib ki, GRU əməliyyatları üçün istifadə edilən Rusiya pasportlarını yoxlayarkən “Maria Adela Kuhfeldt Rivera” adına rast gəlib. Ətraflı araşdırma aparan Qrozev müəyyən edib ki, GRU əməliyyatlarında istifadə edilən müxtəlif rus pasportları ilə səyahət edən rusiyalı qadın 2018-ci il sentyabrın 15-də Neapoldan Moskvaya uçub.

Əsl adı Olqa Kolobova olan rus agentin deşifrə olduğunu düşündüyünə görə və digər casusluq əməliyyatlarını təhlükəyə atmamaq üçün dərhal Moskvaya getdiyi güman edilir. O, Neapoldan qəfil ayrıldıqdan iki ay sonra “Facebook”da italyanca status yazıb.

riveraaa

 

 

Son xəbərlər
Digər xəbərlər