19 C
Baku
Friday, May 3, 2024

İflasa uğramış “FTX” kriptobirjasının qurucusu ABŞ Konqresi qarşısında çıxış edəcək

Çərşənbə axşamı günü, dekabrın 13-də iflasa uğramış “FTX” kriptobirjasının qurucusu Sem Benkman-Frid ABŞ Konqresinin qarşısına çıxacaq. Bu barədə ABŞ Konqresinin Maliyyə Xidmətləri Komitəsi məlumat yayıb.

Xatırladaq ki, “FTX” işi üzrə dinləmələr dekabrın 1-də başlayıb. Bu yaxınlarda 32 milyard dollar dəyərində qiymətləndirilən “FTX” bir sıra problemlərlə üzləşib –çoxları onu piramida sxemi adlandırmağa başlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Sem Benkman-Frid bildirib ki, o, faydalı fərd olmağa çalışacaq və onun fikrincə, birjanın dağılmasına səbəb olan şeyləri, öz uğursuzluqları və səhvləri haqqında Konqres qarşısında danışacaq. Əvvəllər o, risklərin lazımi səviyyədə qiymətləndirilmədiyini və buraxılmış səhvləri etiraf edərək, müştəri vəsaitlərinin sui-istifadəsi və fırıldaqçılıqda günahını dəfələrlə inkar edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər