“Samsung” şirkəti gələcək “iPhone 13 Pro” və ”iPhone 13 Pro Max” smartfonları üçün “LTPO” displeylərinin kütləvi istehsalına başlayıb. Qurğular 120 giqaherslik yüksək yeniləmə tezliyi dəstəyi ilə təchiz ediləcək. “LG” şirkəti isə 2021-ci il kiçik “Apple” smartfon modelləri üçün “LTPS” ekranlarının buraxılışına start verib. Bu barədə Cənubi Koreyanın “The Elec” nəşri məlumat yayıb.
Ötən il səhiyyə sahəsində qlobal böhran səbəbindən “iPhone 12” smartfonunun buraxılışı iki ay təxirə salınıb və hazırda “Apple” şirkəti 2021-ci il smartfonları üçün mümkün gecikmələri aradan qaldırmağa çalışır.
Məlumata görə, “iPhone 13 Pro” və “13 Pro Max” smartfonları “ProMotion” texnologiyalı ekranlar və 1-120 giqahers yeniləmə tezliyi ilə təchiz ediləcək. Bu, modellərə “Apple Watch Series 6” saatlarında olduğu kimi, “Always-On Display” funksiyasını tətbiq etməyə imkan verəcək. Bundan başqa, seriyanın bütün smartfonları kiçildilmiş proqram təminatı, böyüdülmüş kamera modulları və əksər ölkələrdə “5G mmWave” şəbəkə dəstəyi ilə təchiz olunacaq.
“Apple” şirkətinin “iPhone 13” smartfonunu 2021-ci ilin sentyabrında təqdim edəcəyi gözlənilir.