2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1,066,243.00 manat sığorta haqqı toplanmışdır. 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanmışdır. 6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir.
Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.
Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olmuşdur.
Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları |
||||
Nəqliyyat vasitəsinin növü | Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | ||
Müqavilə sayı | Sığorta haqqı | Müqavilə sayı | Sığorta haqqı | |
Yük | 4485 | 964,707.00 | 5282 | 1,202,763.00 |
Minik | 3826 | 97,526.00 | 630 | 33,516.00 |
Avtobus | 33 | 4,000.00 | 6 | 810.00 |
Motosiklet | 1 | 10.00 | 1 | 70.0 |
Cəmi | 8345 | 1,066,243.00 | 5919 | 1,239,159.00 |
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri |
||||||||||
2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilmişdir. | ||||||||||
2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil etmişdir.
|
||||||||||
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri | ||||||||||
Ölkələr | Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | ||||||||
Hadisə sayı | Sığorta ödənişi | Hadisə sayı | Sığorta ödənişi | |||||||
Rusiya | 141 | 325,628.17 | 49 | 123,118.22 | ||||||
Türkiyə | 47 | 157,813.92 | 44 | 112,213.09 | ||||||
Digər | 5 | 14,910.92 | 7 | 23,365.16 | ||||||
Cəmi | 193 | 498,353.01 | 100 | 258,696.47 | ||||||
Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş vermişdir.
Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı |
||||||||||
Ölkələr
NV növü |
Yanvar-İyun, 2020 | Yanvar-İyun, 2021 | ||||||||
Yük | Minik | Avtobus | Cəmi | Yük | Minik | Avtobus | Cəmi | |||
Rusiya | 78 | 61 | 2 | 141 | 38 | 11 | – | 49 | ||
Türkiyə | 32 | 15 | – | 47 | 32 | 12 | – | 44 | ||
Digər | 5 | – | – | 5 | 6 | 1 | – | 7 |
Zərərlilik nisbəti
2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.