25 C
Baku
Monday, April 29, 2024

İlin sonuna Bakı Limanında aşırılmış yüklərin həcminin 7 mln. tonun üzərində olması proqnozlaşdırılır

Bu ilin sonuna Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılmış yüklərin həcmi 7 milyon tonun üzərində olması proqnozlaşdırılır.

Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 6.3 milyon ton təşkil edib: “Hazırda Bakı Limanında aşırılan yüklərin 90%-i tranzit yüklərin payına düşür”.

O qeyd edib ki, bu ilin 10 ayında 45 min 398 nəqliyyat vasitəsi Bakı Limanından keçib: “Bunun 50 %-i qədəri Türkiyədən daşınan yüklərin payına düşür. Regional logistikada Türkiyə vacib yerə malikdir. Türkiyə ilə Orta Asiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi böyükdür”.

X.Həsənli vurğulayıb ki, Bakı Limanı genişləndirilir və onun illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər