6 C
Baku
Sunday, December 15, 2024

İMF Gürcüstana əlavə olaraq 113,7 mln. dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (IMF) Gürcüstana əlavə olaraq 113,7 milyon ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

Bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri səlahiyyətlərini icra edən Natia Turnava bildirib.

O, IMF-nin Gürcüstanın ənənəvi və etibarlı tərəfdaşı olduğunu deyib.

N.Turnava qeyd edib ki, gələn il Gürcüstan iqtisadiyyatının bərpası ili olacaq və ən azı 4,3% iqtisadi artım gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər