2 C
Baku
Sunday, December 15, 2024

İnnovasiyalar üzrə ölkələrin reytinqi açıqlanıb – Azərbaycan 89-cu yerdədir

“The World Intellectual Property Organization” (WIPO) təşkilatının məlumatına görə, 2023-cü il üçün innovasiyalar üzrə ölkələrin reytinqində Azərbaycan dünyada 132 ölkə arasında 89-cu yeri tutub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Reytinq ekspertləri mövcud iqtisadi vəziyyət fonunda innovasiya sahəsində qlobal tendensiyaları təhlil edərək, innovasiya xərcləri və nəticələri kimi meyarlara görə qruplaşdırılmış 80-ə yaxın göstəricini nəzərə alaraq dünya iqtisadiyyatlarını innovasiya potensialına uyğun olaraq sıralayıblar.

Ən innovativ ölkələr İsveçrə, İsveç, ABŞ, Böyük Britaniya və Sinqapurdur.  Reytinqdə sonuncu yeri Anqola tutub.

  1. İsveçrə
  2. İsveç
  3. ABŞ
  4. Böyük Britaniya
  5. Sinqapur
  6. Finlandiya
  7. Hollandiya
  8. Almaniya
  9. Danimarka
  10. Koreya

MDB ölkələri arasında ilk beşliyə Rusiya, Ukrayna, Moldova, Ermənistan və Belarus daxildir. Qazaxıstan Respublikasından aşağı pillələrdə Özbəkistan, Azərbaycan, Qırğızıstan və Tacikistan dayanır.

Son xəbərlər
Digər xəbərlər