2 C
Baku
Saturday, December 14, 2024

“InvestAZ” xalis mənfəətini iki qat böyüdür – Audit hesabatı açıqlandı

Azərbaycanın investisiya şirkətlərindən biri “InvestAz İ.Ş” QSC 2020-ci il ərzində gəlirlərini kəskin böyütməklə xalis mənfəətini iki dəfədən çox böyüdüb.

Banker.az xəbər verir ki, bu barədə müstəqil audit şirkəti “Baltic Caspian Audit” “InvestAZ”ın maliyyə hesabatına rəy verib.

İnvestisiya şirkəti ötən il ərzində 3 milyon 948 min manat həcmində cəmi gəlir əldə edib. Bunun 3 milyon 373 min manatı marja ticarətindən xalis gəliri (illik müqayisədə: 2.5 dəfə böyümə), 555 min manatı broker gəlirləri, 15 min manatı tədris xidmətləti üzrə gəlirləri və 5 min manatdan çoxu isə divident gəlirləri təşkil etmişdir.

Şirkətin haqq və komissiya xərclərinin həcmi 461 min manata düşdüyü halda inzibati xərclərinin həcmi 2 milyon 21 min manatı ötüb, faiz xərcləri isə 53 min manata qədər azalıb.

Beləliklə, şirkət uğurlu fəaliyyəti nəticəsində əməliyyat mənfəətini 80% böyütməklə 1 milyon 413 min manata çatdırıb. Bununla belə, şirkət məzənnə fərqindən əlavə 29 min manat gəlir əldə edib.

“InvestAZ” 2020-ci ildə gəlirindən dövlət büdcəsinə 320 min manat üzərində mənfəət ödəyib, nəticədə xalis mənfəəti 1 milyon 135 min manat təşkil etmişdir. Bu da öncəki illə müqayidədə 2 dəfə çox olması deməkdir.

Bu xalis mənfəətdən sonra investisiya şirkətinin bölüşdürülməmiş mənfəətinin həcmi 1 milyon 692 min manata yüksəlib.

1 yanvar 2021-ci il tarixinə isə investisiya şirkətinin aktivlərinin həcmi 11 milyon 457 min manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər