5 C
Baku
Friday, March 29, 2024

İnvestorlar 24 saat ərzində “Binance”dən 790 mln. dollardan çox pul çıxarıblar

Son 24 saat ərzində investorlar dünyanın ən böyük kriptovalyuta birjası “Binance”dən 790 milyon dollardan çox vəsait çıxarıblar. Bazar ertəsi günü ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) “Binance” və onun təsisçisi Changpeng Zhaoya qarşı iddia qaldırıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Onlar mübadilə fəaliyyəti, broker və klirinq xidmətlərini həyata keçirmək üçün standart lisenziya olmadan fəaliyyət göstərmək və “Binance.US” saytı haqqında yalan iddialar irəli sürmək də daxil olmaqla 13 maddə üzrə ABŞ qanunlarını pozmaqda ittiham olunurlar.

SEC həmçinin ABŞ-ın ən böyük kriptovalyuta platforması olan “Coinbase”ə qarşı da iddia qaldırıb. O, lisenziyasız kriptovalyuta ticarətində ittiham olunur. “IG Markets”in analitiki Toni Sicamor deyir: “Bu, kriptovalyuta məkanına və dünya üzrə kriptovalyuta birjalarına daha bir zərbədir”. Bazar ertəsi bitkoinin dollara nisbətdə məzənnəsi 5%, “Binance” tokenlərinin məzənnəsi isə 9.2% azalıb.

Son xəbərlər
Digər xəbərlər