İpoteka və Kredit Zəmanət Fondu 2020-ci ili 7.23 mln. manat mənfəətlə başa vurub.
Banker.az bunu İKZF-in 2020-ci il üçün maliyyə hesabatına istinadən xəbər.
Beləliklə, xalis mənfəəti 2019-cu ildəki 2020-ci ildəkindən 2.6 çox təşkil edir.
Bu xalis mənfəətdən sonra Fondun bölüşdürülməmiş mənfəəti 18.68 mln. manata yüksəlib.
Ötən il İKZF-nın faiz gəlirləri 41.49 mln. manat (illik müqayisədə: – 7.7%), faiz xərcləri 21.2 mln. manat (+12.6%), gözlənilən kredit zərəri 4.77 mln. manat (+12.7 dəfə), haqq və komissiya gəlirləri 865 min manat (+2.4 dəfə), haqq və komissiya xərcləri 1.17 mln. manat (+2.8%), digər gəlirləri 969 min manat (+4.2%), insan resursları üzrə xərclər 4.92 mln. manat (+9.4%), inzibati və digər xərcləri isə 4.04 mln. manat (+48.3%) təşkil edib.
Bu il yanvar ayının 1-nə Fondun aktivləri 1 milyard 780.88 mln. manat olub ki, bu da illik müqayisədə 26.6% pozitiv dinamikadır.
Aktivlərin də 1 milyard 137.76 mln. manatı müştərilərə verilmiş ipotek kreditləridirdir ki, bu da son bir ildə 14% portfeli böyütməsi deməkdir.
İKZF-nın öhdəlikləri 960.82 mln. manata (+27%), o cümlədən bunun da əsas hissəsi buraxdığı qiymətli kağızların 938.39 mln. manata (+28,5%) yüksəlmişdir.