6 C
Baku
Sunday, December 15, 2024

İQ səviyyəsinə görə Albert Eynşteyn və Stiven Hokinqi belə geridə qoyan qız

Britaniyanın Birminhem şəhərinin sakini dünyanın intellekt imkanlarının müəyyənləşdirilməsi sahəsində ən məşhur testi sayılan “Mensa IQ”də fenomenal nəticə göstərib.

“Mirror” xəbər verir ki, Freyya Manhotra oktyabrda 10 yaşında testi uğurla keçib.

Onun göstəricisi intellekt əmsalı 160 balla qiymətləndirilən Albert Eynşteyn və Stiven Hokinqdən iki bal yüksək olub.

Qızın atası uşağa təzyiq göstərmək istəmədiklərini, lakin hələ iki-üç yaşlarında olarkən dünyaya çox istedadlı bir qızın gəldiyini anladıqlarını qeyd edib.

Fenomenal yaddaşa malik qız taekvondo, şahmat, Bollivud rəqsləri və üzgüçülüklə də məşğul olur. Gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini müəyyən etməsə də, Freyya Manhotra rejissor olmağı istisna etməyib.

Son xəbərlər
Digər xəbərlər